Çində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisi açılıb
Fevralın 5-də Çinin paytaxtı Pekin şəhərində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisinin rəsmi açılışı olub.Bununla bağlı keçirilmiş mərasimdə iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə Çində səfərdə olan Azərbaycan nümayəndə heyəti və Çin rəsmiləri iştirak edib.YeniAvropa xəbər verir ki, nazir Şahin Mustafayev Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişaf etdiyini, Çinin ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğunu və 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin 1,2 milyard ABŞ dolları olmaqla, 43 faiz artdığını vurğulayıb. Çin Azərbaycanın ticarət tərəfdaşları sırasında ticarət dövriyyəsinə görə 4-cü, ixracda 8-ci, idxalda isə 3-cü ölkədir. Azərbaycanda Çin kapitallı 100-dən çox şirkət fəaliyyət göstərir, bu şirkətlər müxtəlif layihələrdə uğurla iştirak edirlər. Ölkəmiz Çin Xalq Respublikası ilə investisiya sahəsində də uğurlu əməkdaşlıq edir. 2016-cı və 2017-ci illərdə Çinə 3 ixrac missiyası təşkil edilib, Azərbaycan məhsulları Çində keçirilmiş 2 sərgidə "Made in Azerbaijan" vahid ölkə stendi ilə nümayiş olunub. Azərbaycan bu il Çində keçiriləcək daha 3 sərgidə iştirak edəcək. İndiyədək Azərbaycan və Çin iş adamlarının iştirakı ilə 8 biznes-forum keçirilib. Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində növbəti biznes-forum fevralın 6-da təşkil olunacaq. Hazırda Şanxay Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində "Azərbaycan Şərab Evi"nin açılmasına dair danışıqlar aparılır. Bununla belə, Azərbaycan-Çin iqtisadi əlaqələrinin genişləndirilməsi üçün potensial böyükdür.
Nazir Şahin Mustafayev qeyd edib ki, bu gün Pekində Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin ofisinin açılması ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında önəmli olacaqdır. Bildirilib ki, nümayəndəlik ölkəmizin qeyri-neft ixracının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqi və Çin investisiyalarının cəlb olunması, habelə Azərbaycan şirkətlərinin Çində iqtisadi maraqlarının qorunması və müxtəlif məsələlərlə bağlı Azərbaycan sahibkarlarına dəstək göstərilməsi baxımından əhəmiyyətlidir.
Sonra tədbir iştirakçıları Azərbaycan Ticarət Nümayəndəliyinin ofisi ilə tanış olublar.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 yanvar tarixli "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında" Fərmanına uyğun olaraq, ötən il Azərbaycanın Çində Ticarət Nümayəndəliyi yaradılıb və Teymur Nadiroğlu ölkəmizin Çin Xalq Respublikasında ticarət nümayəndəsi təyin edilib.
Ümumiyyətlə, Azərbaycanın Çin Xalq Respublikası ilə yanaşı, Rusiya Federasiyası, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndələri fəaliyyət göstərir.
Cari ildə Azərbaycan Avropaya 10,6 milyard m3 qaz satıb
Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi müzakirə edilir
İlham Əliyev Rusiyanın maliyyə naziri ilə görüşüb
Azərbaycanda cari ilidə 41,5 milyard m3 qaz hasil edilib
BMT-nin baş katibi "G20" ölkələrini "COP29"u dəstəkləməyə çağırıb
11 ölkə "COP29"a ikiillik şəffaflıq hesabatını təqdim edib
COP29: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır
Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb