logo

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

13:14 05-02-2018 | icon 2177
Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

Fevralın 5-də Azərbaycan Respublikasının Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirib.YeniAvropa  Banka istinadla xəbər verir ki, keçirilmiş növbəti depozit hərracında tələb 520,8 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01 faiz təşkil edib.

Xatırladaq ki, daha öncə Bankdan verilən məlumatda  qeyd olunurdu ki, hibrid hərracda 250 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulurdu. Depozit hərracının müddəti 14 gün təşkil edir.