logo

Vergilər Nazirliyi yeni iş prinsiplərini açıqlayacaq

12:05 05-02-2018 | icon 2583
Vergilər Nazirliyi yeni iş prinsiplərini açıqlayacaq

Vergilər Nazirliyi yeni iş prinsiplərini açıqlayacaq. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən YeniAvropa -ya bildirilib ki, gələn həftə Vergilər Nazirliyi yeni vergi siyasəti və vergi inzibatçılığında aparılacaq dəyişikliklərə həsr edilmiş konfrans keçirməyi planlaşdırır.

Tədbirə dövlət qurumları, iri və orta şirkətlərin nümayəndələri, sahibkarların ictimai birlikləri, millət vəkilləri, ekspertlər, ictimai təşkilatların nümayəndələri dəvət ediləcək.

Konfransda vergi siyasətinin gələcək istiqamətləri, vergi inzibatçılığında dəyişikliklər, vergi orqanlarının sahibkarlarla quracağı iş prinsipləri və s. bağlı müzakirələr aparılacaq, vergi sisteminin səmərəliliyinin artırılması istiqamətində millət vəkillərinin və ekspert cəmiyyətinin təklifləri dinləniləcək.