logo

Bakıda qatar taksi ilə toqquşdu: 5 sərnişin ağır yaralandı

14:20 29-07-2019 | icon 4585
Bakıda qatar taksi ilə toqquşdu: 5 sərnişin ağır yaralandı

Bu gün gunorta saatlarında Xəzər rayonu Zirə qəsəbəsində (Qala yolu) qatarın taksi ilə toqquşması nəticəsində yaralanan 22 yaşlı qadın və 20 yaşlı kişinin vəziyyəti ağırdır.

YeniAvropa xəbər verir  ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib. Onun sözlərinə görə, yaralılar 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. 33 və 38 yaşlı sərnişinlərə isə tibbi yardım göstərilib, onların həyatı üçün təhlükə yoxdur: “Qəzadan sonra bir nəfər maşından düşərək qaçıb, amma sonradan geri qayıdaraq təcili yardım həkiminə müraciət edib. Həmin şəxsə də yardım göstərilib”.

Xatırladaq ki, bu gün Bakıda, Xəzər rayonunun Zirə qəsəbəsində (Qala yolu) qatar taksi ilə toqquşub.

Qəza nəticəsində taksidə olan 5 sərnişin yaralanıb. İlkin ehtimala görə, taksi sürücüsü qatarın gəldiyini görməyib.

Hadisə yerinə 5 təcili yardım briqadası cəlb olunub.