Gürcüstanın Axalkalaki rayonunda Azərbaycan vətəndaşı saxlanılıb.
YeniAvropa xəbər verir ki, bu haqda Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Saxlanılan 1989-cu il təvəllüdlü T.Q. adlı şəxs “İnterpol”un “qırmızı xətti” ilə axtarışda olub. Azərbaycan vətəndaşı qəsdən qətl törətməkdə şübhəli bilinir. O, 2015-ci ildən axtarışda olub.
Saxlanılan şəxsin Azərbaycana ekstradisiya olunması istiqamətində ilkin tədbirlər həyata keçirilir.