Ötən il Hacıqabulda ilk dəfə olaraq ipəkqurdu bəslənilib və 250 kiloqram barama istehsal edilib. Rayonda bu gəlirli sahənin inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, yeni-yeni tut bağları salınır, ipəkqurdunun saxlanılması üçün tikililər inşa olunur.
Rayon Kənd Təsərrüfatı İdarəsindən bildiriblər ki, baramaçılığın inkişaf etdirilməsində əsas amil olan yem bazasının möhkəmləndirilməsi üçün ötən il rayonun ayrı-ayrı kəndlərində 2 min tut tingi əkilib. Bu istiqamətdə işlər cari ildə də davam etdirilir. Çindən gətirilən 2 min və Ekologiya və Təbii Sərvətlər Nazirliliyi tərəfindən yetişdirilən 3 min tut tingi rayonun Padar kəndi və Hacıqabul şəhəri ərazisində əkilib. Hazırda yeni əkilən tut tinglərinə və mövcud tut bağlarına aqrotexniki qaydada qulluq göstərilir, suvarılır və mühafizəsi üçün qoruyucu zolaqlar çəkilir.AZƏRTAC