logo

“Günay Bank”ın daha bir səhmdarı vəfat edib

14:58 24-07-2019 | icon 2905
“Günay Bank”ın daha bir səhmdarı vəfat edib

"Günay Bank” ASC-nin səhmlərinin 1,1%-nə nəzarət edən Əhəd Şirinov vəfat edib.

 YeniAvropa xəbər verir ki, bu barədə ASC-dən bildirilib. Qeyd edilib ki,  mərhumun payı avtomatik olaraq onun varisinə - Bankın 2-ci əsas səhmdarı Yeganə Şirinovaya keçib. Beləliklə də Y.Şirinovanın payı 38,94%-dən 40,05%-ə yüksəlib.

Xatırladaq ki, bu, son bir ildə “Günay Bank”ın səhmdarları arasında ikinci ölüm halıdır. Bundan əvvəl Bankın səhmlərinin 1,31%-nə nəzarət edən Ceyran Ələsgərova vəfat etmiş və onun payı avtomatik olaraq varisinə - birinci əsas səhmdar və Müşahidə Şurasının (MŞ) sədri Mahmud Məmmədova keçmişdi. Bununla da, M.Məmmədovun payı 50,81%-dən 52,13%-ə çatmışdı.

Qeyd edək ki, “Günay Bank”ın  səhmlərinin qalan hissəsinin 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (“Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.