logo

"Şimal-Cənub" dəhlizindən ilk yük qatarı martın sonunda hərəkət edəcək

13:49 04-02-2018 | icon 2597
"Şimal-Cənub" dəhlizindən ilk yük qatarı martın sonunda hərəkət edəcək

Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti istismara verildikdə yüklərin daşınması ilə yanaşı, sərnişindaşıma da həyata keçiriləcək. YeniAvropa xəbər verir  ki, bu sözləri İranın Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi Abbas Zamani deyib. Onun sözlərinə görə mart ayının sonunda yol istismara veriləcək və ilk sınaq qatarı İrandan Rusiyanın Sankt-Peterburq şəhərinə yola salınacaq.

O qeyd edib ki, Azərbaycandan tranzit keçməklə Sankt-Peterburqa istiqamət götürəcək qatarla tikinti materialları göndəriləcək.

A.Zamani bildirib ki, gələcəkdə sərnişinlər Tehran-Moskva qatarı ilə Astaradan keçməklə Rusiyaya gedə biləcəklər.