YeniAvropa xəbər verir ki, hadisə rayonun Bəhrəmtəpə qəsəbəsi ərazisində baş verib.
Belə ki, sürücü yük maşınını yol kənarında saxlayıb və avtomobildən enib. Avtomobil yolun eniş hissəsində olduğu üçün hərəkətə başlayıb və yol kənarındakı su kanalına düşüb.
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib, pivə çəlləkləri kanala düşüb.