logo

Bu il 75 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

16:49 18-07-2019 | icon 2793
Bu il 75 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

Cari ilin birinci yarısında 75 nəfər Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilib.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov iyulun 18-də keçirdiyi mətbuat konfransında deyib.

Xidmət rəisi bildirib ki, Azərbaycanda daimi yaşamaq üçün icazə almaq məqsədilə müraciət edənlər əsasən Gürcüstan, Rusiya, Türkiyə, İran, Ukrayna və digər ölkələrin vətəndaşları olublar. Daimi yaşamaq üçün ümumilikdə 1694 nəfərə icazə verilib. Onların 347-si Gürcüstan, 225-i Rusiya, 95-i Türkiyə, 43-ü isə Ukrayna və İran vətəndaşları olublar.