logo

Ötən il ölkəyə dövlət vəsaiti hesabına 9877 kənd təsərrüfatı texnikası gətirilib

17:28 03-02-2018 | icon 2639
Ötən il ölkəyə dövlət vəsaiti hesabına 9877 kənd təsərrüfatı texnikası gətirilib

Aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsi və onun itkisiz yığılmasını təmin etmək üçün istehsalçıların zəruri texnika ilə təchizatının yaxşılaşdırılması məqsədilə ötən il ölkəyə dövlət vəsaiti hesabına 9877 kənd təsərrüfatı texnikası gətirilib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən YeniAvropa-ya  bildirilib ki, 2017-ci il ərzində “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına əvvəlki ilə nisbətən 130,8 milyon manat çox olmaqla ümumilikdə 269,4 milyon manat dəyərində 2 taxılyığan kombayn, kombayna qoşulan 12 biçici aqreqat (qarğıdalı biçən 8, günəbaxan biçən 4), 179 pambıqyığan kombayn, 87 çuğundur çıxaran, 1645 müxtəlif növ traktor, 1370 traktor yedəkləri (qoşqular), 838 kotan, 343 mala, 751 kultivator, 95 ot biçən, 29 ot dırmığı, 34 ot küləş presləyən, 394 çiləyici və tozlayıcı, 961 səpici aqreqat, 92 gübrəsəpən, 31 bağarası frez, 33 taxıl (toxum) təmizləyən və 979 digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb.