Bakıda IV Azərbaycan Beynəlxalq Arıçılıq konfransı keçirilib
Ötən il respublikamızda 3 min tona yaxın bal istehsal olunub. Bunun da bir qismi “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə satılıb.YeniAvropa xəbər verir ki bu barədə Bakıda keçirilən IV Azərbaycan Beynəlxalq Arıçılıq konfransında məlumat verilib.
Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Azərbaycan Peşəkar Arıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən konfransda 250-dən artıq yerli mütəxəssis, xarici dövlətlərdən dəvət olunmuş 50-dən artıq arıçı iştirak edib.
Konfrans iştirakçıları əvvəlcə arı məhsulları və istehsal prosesində istifadə olunan avadanlıqların sərgisi ilə tanış olublar.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Qalib Əbdüləliyev konfransda Azərbaycanda arıçılığın inkişafı istiqamətində son illər görülən işlər barədə məlumat verib. Bildirib ki, hazırda ölkəmizdə arıçılıq məhsullarının dəyər zəncirinin bütün seqmentləri üzrə inkişaf dinamikası izlənilir. Davamlı inkişaf nəticəsində yerli ehtiyacları ödəməklə yanaşı bəzi arıçılar xarici bazara bal və digər arı məhsulları satır. Ötən il arıçılarımız Yaponiyaya, Körfəz ölkələrinə və digər xarici dövlətlərə xeyli miqdarda məhsul satıb. Yerli istehsalı stimullaşdırmaq və “Made in Azerbaijan” brendi ilə xarici bazara çıxışın həcmini artırmaq üçün Prezident İlham Əliyevin göstərişlərinə əsasən davamlı tədbirlər həyata keçirilir.
BMT-nin Ərzaq Təhlükəsizliyi Təşkilatı Bakı ofisinin rəhbəri Mələk Çakmak arıçılıq məhsullarının istehsalının artırılması üçün beynəlxalq təcrübə mübadiləsinin olduğunu deyib.
Azərbaycan Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov isə iki gün davam edəcək konfransda müzakirə ediləcək məsələlər barədə məlumat verərək bildirib ki, Azərbaycanda digər sahələrlə yanaşı arıçılığın inkişafına dövlət tərəfindən hər cür dəstək göstərilir. Bununla belə bu sahədə beynəlxalq innovasiyaları öyrənmək, yerli arıçıların təkliflərini dəyərləndirmək baxımından bu konfransın təşkili zəruridir.
Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov isə son illər arıçılığın inkişafı üçün dövlət tərəfindən həyata keçirilən stimullaşdırıcı tədbirlərdən danışıb, hər il ənənəvi olaraq təşkil olunan arıçılıq məhsullarının sərgi-satış yarmarkası barədə məlumat verib.
Cari ildə Azərbaycan Avropaya 10,6 milyard m3 qaz satıb
Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi müzakirə edilir
İlham Əliyev Rusiyanın maliyyə naziri ilə görüşüb
Azərbaycanda cari ilidə 41,5 milyard m3 qaz hasil edilib
BMT-nin baş katibi "G20" ölkələrini "COP29"u dəstəkləməyə çağırıb
11 ölkə "COP29"a ikiillik şəffaflıq hesabatını təqdim edib
COP29: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır
Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb