logo

Azərbaycanın ilk özəl kredit bürosu fəaliyyətə başlayıb

15:14 03-02-2018 | icon 2856
Azərbaycanın ilk özəl kredit bürosu fəaliyyətə başlayıb

Azərbaycanda fəaliyyət göstərən 8 bankın təşəbbüsü ilə ölkəmizdə ilk özəl kredit bürosu – "Azərbaycan Kredit Bürosu" MMC yaradılıb.

"Azərbaycan Banklar Assosiasiyası"ndan (ABA) YeniAvropa-ya bildiriblər ki, hazırda qurumun maddi-texniki bazasının formalaşdırılması və strategiyasının hazırlanması istiqamətində işlər aparılır.

"Azərbaycan Beynəlxalq Bankı" ASC, "Bank Respublika" ASC, "Xalq Bank" ASC, "Kapital Bank" ASC, "PAŞA Bank" ASC, "Rabitəbank" ASC, "Unibank KB" ASC və "Ziraat Bank Azərbaycan" ASC-nin birgə təşəbbüsü ilə təsis olunan büro kredit təşkilatları ilə müqavilələrin imzalanması prosesinə başlayıb.

Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı, daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər bazalardan toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edəcək.

"Azərbaycan kredit bürosu" MMC-nin mərkəzi ofisi "World business center" iş mərkəzində (Səməd Vurğun küçəsi, 43) yerləşir.