Bakıda ötən gündən əsməyə başlayan güclü külək nəticəsində 20-yə yaxın ağac aşıb.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, ağacların aşması Bakının bütün rayonlarında qeydə alınsa da, əsas hadisələr Yasamal, Nəsimi, Xətai və Nərimanov rayonlarında baş verib.
O.Məmmədov sağlam ağacların da küləyin təsirindən aşdığını söyləyib.