“Azalternativenerji” ötən il 8,4 milyon kilovat/saat elektrik enerjisi istehsal edib
“Azalternativenerji” keçən il 8,4 milyon kilovat/saat elektrik enerjisi istehsal edib. YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2017-ci il üzrə “Yanacaq-energetika kompleksində fəaliyyətə dair” hesabatında deyilir.
Bildirilir ki, 2017-ci il ərzində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) tabeliyindəki “Azalternativenerji” MMC tərəfindən 8 milyon 467,5 min kilovat/saat elektrik enerjisi istehsal olunub. Bunun 7 milyon 648 min kilovat/saatı enerji sisteminə ötürülüb. Sosial və xidmət obyektlərində quraşdırılmış avadanlıqlar hesabına isti su ilə yanaşı, 14,6 min kvadratmetr sahə istiliklə təchiz olunub.