Yasamal rayonunda beşmərtəbəli yataqxana binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, hadisə nəticəsində binasının birinci mərtəbəsində ümumi sahəsi 35 kvadratmetr olan birotaqlı mənzildə ev əşyaları yanıb. Yüksək temperaturdan kondisioner əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.