Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, yük maşını ilə “Mercedes” markalı mikroavtobus toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində 8 nəfər ölüb, bir nəfər xəsarət alıb. Yaralı Masallı rayon xəstəxanasına yerləşdirilib.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Məlumata görə ölənlərin biri körpə, 2-si azyaşlı, 1-i qadın, 4-ü kişidir.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov faktı təsdiqləyib. Bildirib ki, hadisə zamanı xəsarət alan qadın hazırda reanimasiyadadır, vəziyyəti ağırdır.
“KamAZ” markalı maşının sürücüsü, 1988-ci il təvəllüdlü Elvin Zeynalov qəzadan xəsarət almadan xilas ola bilib.
İlkin məlumata görə, mikroavtobusda olanların hamısı qohum olublar və Bakıdan Lerikə toya gedirmişlər.