Saatlıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. “Mercedes” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən Saatlı şəhər sakini, 2004-cü il təvəllüdlü Mehdizadə İbrahim Famil oğlunu vurub.
Müxtəlif dərəcəli xəsarətlər alan piyada Saatlı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yeniyetməyə ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə göndərillib.
Faktla bağlı araşdırma aparılır.