Binəqədi rayonunda ümumi sahəsi 120 kvadratmetr olan kafenin mətbəxində həcmi 50 litr olan maye qaz balonunda yanğınla nəticələnən partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, yanğın nəticəsində mətbəx və içərisindəki əşyalar 30 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan kafenin lambirindən ibarət tavanının 50 kvadratmetrlik hissəsi əriyib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.