“Bakcell”dən developerlər üçün “Blokçeyn texnologiyası və yeni imkanlar” mövzusunda təlim
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti özünün “AppLab” proqramında iştirak edən gənc developerlərin peşəkar inkişafına dəstək göstərmək məqsədilə müxtəlif mövzularda təlimlər keçirir. YeniAvropa xəbər verir ki, gənc developerlər üçün nəzərdə tutulan növbəti təlim müasir dövrün ən aktual mövzulardan olan “Blokçeyn texnologiyası”na həsr olunub.
Təlim sessiyası zamanı “AppLab” Mərkəzinin dəstəyi ilə yaradılan müxtəlif İT layihələrin müəllifləri tərəfindən “blokçeyn” texnologiyasının yerli məhsul və xidmətlərə tətbiq edilməsi imkanları, bu texnologiyanın yeni layihələrin yaradılması və problemlərin həlli üçün yararlı olması məsələləri geniş şəkildə müzakirə edilib.
“Fikrimcə, bu texnologiya hər bir fərd, biznes və ümumilikdə bütün cəmiyyət üçün geniş imkanlar yaradan yeni nəsil texnologiyadır. “Blokçeyn” həmçinin internet istifadəçilərinin təhlükəsizlik və məxfiliyinin qorunması üçün çox yararlı olacaq”,- deyə “Blutu” layihəsinin təsisçisi Əhməd Xələfbəyli bildirib.
““Blokçeyn” dünyada yeni iqtisadi və ictimai sistemlərinin əsasını təşkil etmək potensialına malik olan həlledici və fundamental texnologiyadır”, -deyə "Bakcell"in Mobil Əlavələrin İnkişaf Etdirilməsi üzrə meneceri Orxan Babayev söyləyib.
Blokçeyn texnologiyası təkcə maliyyə və İT sahəsi deyil, bir çox digər sahəyə təsir edə biləcək imkanlara yol açan ən son texnoloji yeniliklərdəndir. Sadə dildə desək, “Blokçeyn” müxtəlif növ məlumatı ehtiva edən ardıcıl bloklar (birləşdirilmiş siyahı) zəncidir.
“AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Layihə çərçivəsində gənc yerli developerlər “Applab”datəqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanırlar.
“Bakcell”in və “AppLab” proqramının digər partnyorlarının nümayəndələrindən ibarət olan xüsusi ekspertlər qrupu gənc developerləri öz ideyalarını yerli və beynəlxalq bazarlarında rəqabət apara biləcək yeni məhsul və ya xidmətlərinə çevirmək üçün tələb olunan araşdırma və məsləhətlərlə təmin edilirlər.
Cari ildə Azərbaycan Avropaya 10,6 milyard m3 qaz satıb
Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi müzakirə edilir
İlham Əliyev Rusiyanın maliyyə naziri ilə görüşüb
Azərbaycanda cari ilidə 41,5 milyard m3 qaz hasil edilib
BMT-nin baş katibi "G20" ölkələrini "COP29"u dəstəkləməyə çağırıb
11 ölkə "COP29"a ikiillik şəffaflıq hesabatını təqdim edib
COP29: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır
Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb