logo

Üç yeni turizm zonası yaradılacaq

13:39 31-01-2018 | icon 2597
Üç yeni turizm zonası yaradılacaq

Hazırda Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq tenderin nəticəsi olaraq üç şirkətlə üç yeni turizm zonasının layihələndirilməsi üzərində işləyir. YeniAvropa xəbər verir  ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, yeni turizm zonaları Xızı-Nabran, Quba və Qusarda yerləşiəcək.

“Turizm zonalarının layihələndirilməsi işləri bu ilin ortasına kimi davam edəcək. Bundan sonra isə onun icrasından danışmaq olar. Həmin turizm zonalarında təşviq olunacaq bütün imtiyazlar 3 və 4 ulduzlu hotellərin, ümumiyyətlə, turizm infrastrukturunun qurulmasına imkan yaratmalıdır”, - deyə Əbülfəs Qarayev bildirib.