logo

Ötən il Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə 7,1 milyard kubmetr təbii qaz göndərilib

21:17 30-01-2018 | icon 2646
Ötən il Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə 7,1 milyard kubmetr təbii qaz göndərilib

Ötən il Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) ilə 7,1 milyard kubmetr təbii qaz nəql olunub.YeniAvropa xəbər verir  ki, bu barədə Energetika Nazirliyinin 2017-ci il üzrə “Yanacaq-energetika kompleksində fəaliyyətə dair” hesabatında deyilir.

Sənəddə qeyd edilir ki,  2017-ci ildə Cənubi Qafqaz Boru Kəməri ilə nəql edilən Azərbaycan təbii qazının 6 milyard 300,1 milyon kubmetri Türkiyəyə, 814,9 milyon kubmetri isə Gürcüstana göndərilib.

Bundan əlavə, ötən il digər kəmərlə- Qazıməmməd-Qazax boru kəməri ilə də Gürcüstana 1 milyard 379,7 milyon kubmetr Azərbaycan qazı nəql edilib.