Hasilata başlanıldığından indiyədək “Şahdəniz” qaz-kondensat yatağından 88,5 milyard kubmetr təbii qaz çıxarılıb. YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2017-ci il üzrə “Yanacaq-energetika kompleksində fəaliyyətə dair” hesabatında qeyd olunur.
Hesabatda daha sonra göstərilir ki, indiyədək yataqdan təxminən 22 milyon ton kondensat da hasil edilib.