logo

2017-ci ildə  BTC ilə 27,2 milyon ton neft nəql olunub

16:59 30-01-2018 | icon 2688
2017-ci ildə  BTC ilə 27,2 milyon ton neft nəql olunub

2017-ci ildə Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ilə 27 milyon 220,5 min ton neft nəql olunub. YeniAvropa xəbər verir  ki,  bu barədə Energetika Nazirliyinin 2017-ci il üzrə “Yanacaq-energetika kompleksində fəaliyyətə dair” hesabatında deyilir. Hesabatda qeyd olunur ki, ötən il Azərbaycandakı boru kəmərləri ilə ümumilikdə 32 milyon 884,3 min ton neft nəql olunub.

Bunlardan 3 milyon 791,2 min tonu Qərb kəməri - Bakı-Supsa boru kəməri ilə, 1 milyon 498,1 min tonu Şimal kəməri - Bakı-Novorossiysk ilə ,  247,5 min tonu isə İran istiqamətinə (“NICO” şirkətinə) nəql edilib.