logo

Avropa Komissiyası Bakı Limanına 1 milyon avro texniki yardım ayırıb

15:53 30-01-2018 | icon 2548
Avropa Komissiyası Bakı Limanına 1 milyon avro texniki yardım ayırıb

Avropa Komissiyası Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gələcək inkişafı üçün 1 milyon avro texniki yardım ayırıb. YeniAvropa xəbər verir  ki, bu barədə Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Bakı Limanı Avropa və Asiya arasında ticarət dövriyyəsində mühüm yer tutur. Bakı Limanı və bir sıra beynəlxalq dəhlizlərin Azərbaycandan keçməsi buranı tranzit ölkəyə və logistika mərkəzinə çevirir. Azərbaycan bu sahədə mühüm planlar üzrə çalışır. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi də bu planlara daxildir və mühüm addımdır.

H.Hololey qeyd edib ki, Bakı limanının fəaliyyəti və Bakı-Tbilisi-Qars dəmir yolu xətti logistika və nəqliyyat xərclərinə qənaət etməyə imkan yaradır. Bu alternativ marşrut ilə yüklər daha tez və ucuz başa gələ bilər. Bu işdə Bakı Limanının rolu xüsusi ilə qeyd edilməlidir.