Bu gün gömrük əməkdaşlarının peşə bayramı günüdür.YeniAvropa xəbər verir ki, bu münasibətlə Dövlət Gömrük Komitəsində (DGK) kollegiya iclası keçirilib. Tədbirdə çıxış edən DGK-nın sədr müavini Səfər Mehdiyev qeyd edib ki, ötən il üçün Komitə üzrə müəyyənləşdirilən illik büdcə proqnozu təmin edilib.
2017-ci il ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulan 2 milyard 250 milyon manat büdcə proqnozuna qarşı faktiki olaraq 2 milyard 608,8 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoz 115,6 faiz yerinə yetirilib. Bu 2016-cı illə müqayisədə 317,2 milyon manat və ya 13,8 faiz çoxdur. Ötən il üzrə DGK üzrə müəyyənləşdirilən büdcə öhdəliyi ilin başa çatmasına bir ay qalmış yerinə yetirilib.