Salyan rayonda hərəkətdə olan qatar dəmir yolunu keçmək istəyən yerli sakini vururaq öldürüb.
YeniAvropa xəbər verir ki, hadisə “Stansiya” adlanan yaşayış massivi ərazisində baş verib.
Yaşayış massivinin 20 Yanvar küçəsində qeydiyyatda olan 1953-cü il təvəllüdlü Quliyev Orucəli Məmmədqulu oğlu bu gün səhər otarmağa çıxardığı heyvanlarla dəmir yolundan keçirərkən, onu qatar vurub. Ağır bədən xəsarətləri almış Orucəli Quliyev Salyan mərkəzi rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.