Bakı-Tokio birbaşa aviareysin açılış mərasimi olub
Tokionun “Ameriacan Club” mərkəzində Bakıdan Kansay Beynəlxalq Hava Limanına yük daşımaları üçün “Silk Way West Airlines” aviaşirkətinə məxsus növbəti birbaşa aviareysin açılış mərasimi keçirilib. YeniAvropa xəbər verir ki, mərasimdə Yaponiya hökumətinin, parlamentin, biznes dairələrinin nümayəndələri, yerli KİV-lərin təmsilçiləri və diasporumuzun üzvləri iştirak ediblər.
“Silk Way West Airlines” şirkətinin Yaponiya nümayəndəliyinin rəhbəri Katsutoşi Tanaka yeni açılan reysin Yaponiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına böyük təsir göstərəcəyini qeyd edib. Mərasimdə çıxış edən “Silk Way Group”un prezidenti Zaur Axundov bildirib ki, 14 ədəd “Boeing 747-8” və “Boeing 747-400” təyyarələrindən ibarət hava donanmasına malik şirkət bu sahədə Avropanın tanınmış qurumlarından biridir. 2016-cı il yanvarın 24-də Bakı ilə Yaponiyanın Komatsu aeroportu arasında ilk müntəzəm karqo reysinin açıldığını xatırladan Z.Axundov həmin reysin ətraf region ilə əlaqələrin qurulmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, məhz həmin reysdən sonra Azərbaycan ilə Yaponiya arasında birbaşa müntəzəm daşımalar həyata keçirilib. Bu, müstəqil Azərbaycanın nəqliyyat əlaqələrinin inkişafında mühüm əhəmiyyətə malik hadisə olmaqla yanaşı, eyni zamanda iki dost ölkə arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhvələr verib. Ötən dövrdə görülmüş işlərə toxunan Z.Axundov birgə layihələr arasında 2017-ci ilin oktyabrında Bakıda keçirilən “Japan Expo-2017” sərgisinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirib ki, həmin sərginin bütün yükləri məhz “Silk Way West Airlines” şirkəti vasitəsilə Bakıya çatdırılıb.
Yaponiyada da Azərbaycan məhsullarına böyük marağın olduğunu qeyd edən şirkət prezidenti bildirib ki, “Silk Way West Airlines” keyfiyyəti və təbiiliyi ilə seçilən həmin məhsulları artıq gündoğar ölkəyə çatdırmağa başlayıb. Azərbaycan balı, nar və təbii şirələr, digər meyvə və tərəvəzlər şirkətin təyyarələri vasitəsilə Yaponiyaya gətirilir. Onların yüksək tələbkarlığı ilə seçilən Yaponiya bazarına vaxtında və lazımi səviyyədə çatdırılması üçün bütün qaydalara tam əməl olunur.
“Silk Way Group”un prezidenti əmin olduğunu bildirib ki, Azərbaycan ilə Yaponiya arasında həyata keçiriləcək birbaşa reyslər iki ölkə arasında işgüzar əlaqələrin, investisiya mübadiləsinin, eyni zamanda sərnişin axınının inkişafına da mühüm təsir göstərəcək. Bu isə öz növbəsində hər iki xalqın nümayəndələrinə birbirinin qədim və zəngin mədəniyyətini, adət-ənənələrini dərindən öyrənməyə imkan yaradacaq.
Tədbirdə çıxış edən Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə iki ölkə arasında əməkdaşlığın inkişafına kömək edəcək növbəti uğurlu addım münasibətilə təbriklərini çatdırıb.
Yaponiya Dövlət Torpaqları, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin nümayəndəsi Takahada Şuci Yaponiya ilə Azərbaycan arasında əməkdaşlğın hazırki səviyyəsinin məmnunluq hissi doğurduğunu vurğulayıb. Yaponiyanın Qafqaz regionunun ən inkişaf etmiş ölkəsi olan Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edən T.Şuci əmin olduğunu bildirib ki, yeni layihə yapon iş adamlarının perspektivli Xəzər regionuna girişini asanlaşdırmaqla yanaşı, iki dövlət arasında əməkdaşlığı və dostluq əlaqələrini daha da möhkəmləndirəcək.
Mərasim Azərbaycanın Əməkdar Artisti, tanınmış cazmen Emil Əfrasiyabın və yapon musiqiçilərin ifasında bədii proqramla davam edib.
Cari ildə Azərbaycan Avropaya 10,6 milyard m3 qaz satıb
Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi müzakirə edilir
İlham Əliyev Rusiyanın maliyyə naziri ilə görüşüb
Azərbaycanda cari ilidə 41,5 milyard m3 qaz hasil edilib
BMT-nin baş katibi "G20" ölkələrini "COP29"u dəstəkləməyə çağırıb
11 ölkə "COP29"a ikiillik şəffaflıq hesabatını təqdim edib
COP29: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır
Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb