Belə ki, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansında olan 1 ədəd “Daewoo Nexia”, 3 ədəd “Mitsubishi Lancer”, 6 ədəd “Toyota Corolla”, 1 ədəd “Toyota Avalon” markalı minik avtomobilləri və 2 ədəd bankomat təkrar hərraca çıxarılır.
Bu bankın balansında olan 2 ədəd “VAZ-213100”, 2 ədəd “Toyota Camry”, 2 ədəd “Lexus LX-570”, 1 ədəd “Mercedes Benz CLS 63 AMG”, 1 ədəd “Mercedes Benz GL500”, 1 ədəd “Mercedes Benz S500i”, 1 ədəd “Jeep Grand Cherokee”, 1 ədəd “Mitsubishi Outlander”, 2 ədəd “Ford Transit Connect” markalı avtomobillər və 4 ədəd bankomat isə ilk dəfə hərraca çıxarılır.
Ləğv prosesində olan “Royalbank” ASC-nin balansında olan 1 mənzil, 2 ev və 1 qeyri-yaşayış sahəsi, ləğv prosesində olan “Zaminbank” ASC-nin balansında olan 1 ədəd “Ford Transit Connect” markalı avtomobil, ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin balansında olan 1 ədəd “Mercedes Benz S350” markalı avtomobil ilk dəfə hərraca çıxarılır.
Bundan başqa, ləğv prosesində olan “Kredobank” ASC-nin balansında olan 1 qeyri-yaşayış sahəsi təkrar hərraca, 2 qeyri-yaşayış sahəsi, 1 ədəd “QAZ-3110”, 1 ədəd “Toyota Camry” və 1 ədəd “Toyota Land Cruser” markalı avtomobillər isə ilk dəfə hərraca çıxarılır.
Ləğv prosesində olan “Texnikabank” ASC-nin balansında olan bağ evi təkrar hərraca, 2 ədəd bankomat, 7 qeyri-yaşayış sahəsi və bir lot üzrə 3 torpaq sahəsi isə ilk dəfə hərraca çıxarılır.
Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. ünvanda keçiriləcək.
Ləğv prosesində olan “Texnikabank” ASC-nin balansında olan bağ evinin satışı üzrə hərrac 12 fevral 2018-ci il, ikinci dəfə satışa çıxarılan digər əmlaklar üzrə təkrar hərrac 19 fevral 2018-ci il, ilk dəfə satışa çıxarılan əmlaklar üzrə isə hərrac 26 fevral 2018-ci il tarixlərində keçiriləcək.