logo

İş yerində qətl hadisəsi törədilib

14:08 08-05-2019 | icon 4151
İş yerində qətl hadisəsi törədilib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsinin əməkdaşı Emin Kərimov mayın 8-də səhər saatlarında qurumun binasının qarşısında qətlə yetirilib.

Sumqayıt şəhər Polis İdarəsindən YeniAvropa-ya bildirilib ki, qətli 2-ci mikrorayon sakini, 1970-ci il təvəllüdlü Şəmsəddin İbrahimov törədib.

Ş.İbrahimov hadisədən sonra könüllü polisə təslim olub. İlkin məlumata görə, hadisə şəxsi münaqişə zəminində baş verib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.