logo

Biləsuvarda avtoqəzada 2 nəfər həyatını itirib

13:35 05-05-2019 | icon 4459
Biləsuvarda avtoqəzada 2 nəfər həyatını itirib

Biləsuvarda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

 YeniAvropa xəbər verir  ki, hadisə Ələt-Astara magistral yolunun rayonun ərazisindən keçən hissəsində olub.

“Hyundai" markalı minik avtomobil idarəetməni itirərək aşıb. Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb.

Ölənlərdən birinin nəqliyyat vasitəsinin sürücüsü, Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Məmmədov Məmməd Vəkil oğlu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.