Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində yerli sakin batıb.
YeniAvropa Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 2000-ci il təvəllüdlü Ələkbərov İmamyar Ağabala oğlunun batdığı barədə məlumat daxil olub.
Hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.