logo

“Kapital Bank” müdafiə sənayesi işçilərinə endirimlə kredit təqdim edir

13:21 18-12-2017 | icon 4431
“Kapital Bank” müdafiə sənayesi işçilərinə endirimlə kredit təqdim edir

“Kapital Bank” 17 dekabr – Müdafiə Sənayesi Nazirliyinin yaranması günü münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir.

Bankdan bildirilib ki, aksiya çərçivəsində “Kapital Bank”dan məvacib alan nazirlik əməkdaşlarına illik faiz dərəcəsində 2 faizədək endirim edilir. 8 000 AZN-dək olan kreditlər isə zaminsiz verilə bilər. Aksiya 2018-ci il yanvarın 31-nə kimi keçirilir.

“Kapital Bank” “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əməkhaqqını “Kapital Bank”dan alanlara şamil edilir.

Kredit rəsmiləşdirilməsi üçün əməkhaqqı kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ümumi kredit şərtləri barədə ətraflı məlumatı https://kapitalbank.az/loans/cash?hl=azlinkində əldə etmək olar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.