Ləğv prosesində olan 6 bankın 40 əmlakı ilk dəfə hərraca çıxarılıb
Ləğv prosesində olan 6 bankın 40 əmlakı ilk dəfə hərraca çıxarılıb. YeniAvropa xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondu (ADIF) Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan 5 bankın balansında olan əmlakı satışa çıxarır. ADİF-dən verilən məlumatda qeyd edilir ki, 39 lot üzrə daşınar və daşınmaz əmlak ilk dəfə hərraca çıxarılır, 15 lot üzrə daşınar və daşınmaz əmlak isə təkrar hərraca çıxarılır.
Ləğv prosesində olan "Bank Standard" QSC-nin balansında olan 1 ədəd "Daewoo Nexia", 3 ədəd "Mitsubishi Lancer", 6 ədəd "Toyota Corolla", 1 ədəd "Toyota Avalon" markalı minik avtomobilləri və 2 ədəd bankomat təkrar hərraca, 2 ədəd VAZ-213100, 2 ədəd "Toyota Camry", 2 ədəd "Lexus LX-570", 1 ədəd "Mercedes Benz CLS 63 AMG", 1 ədəd "Mercedes Benz GL500", 1 ədəd "Mercedes Benz S500i", 1 ədəd "Jeep Grand Cherokee", 1 ədəd "Mitsubishi Outlander", 2 ədəd "Ford Transit Connect" markalı avtomobillər və 4 ədəd bankomat isə ilk dəfə hərraca çıxarılır.
Eyni zamanda, "Royalbank" ASC-nin balansında olan 1 mənzil, 2 ev və 1 qeyri-yaşayış sahəsi, "Zaminbank" ASC-nin balansında olan 1 ədəd "Ford Transit Connect" markalı avtomobil, "Qafqaz İnkişaf Bankı" ASC-nin balansında olan 1 ədəd "Mercedes Benz S350" markalı avtomobil ilk dəfə, "Kredobank" ASC-nin balansında olan 1 qeyri-yaşayış sahəsi təkrar, 2 qeyri-yaşayış sahəsi, 1 ədəd QAZ-3110, 1 ədəd "Toyota Camry" və 1 ədəd "Toyota Land Cruser" markalı avtomobillər ilk dəfə, "Texnikabank" ASC-nin balansında olan bağ evi təkrar, 2 ədəd bankomat, 7 qeyri-yaşayış sahəsi və bir lot üzrə 3 torpaq sahəsi isə ilk dəfə hərraca çıxarılır.
Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəhəri, İ.Hidayətzadə küç, 156 (20A) 1933-cü məhəllə ünvanında keçiriləcək.
Ləğv prosesində olan "Texnikabank" ASC-nin balansında olan bağ evinin satışı üzrə hərrac fevralın 12-də, ikinci dəfə satışa çıxarılan digər əmlaklar üzrə təkrar hərrac fevralın 19-da, ilk dəfə satışa çıxarılan əmlaklar üzrə isə hərrac fevralın 26-da baş tutacaq.
Cari ildə Azərbaycan Avropaya 10,6 milyard m3 qaz satıb
Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi müzakirə edilir
İlham Əliyev Rusiyanın maliyyə naziri ilə görüşüb
Azərbaycanda cari ilidə 41,5 milyard m3 qaz hasil edilib
BMT-nin baş katibi "G20" ölkələrini "COP29"u dəstəkləməyə çağırıb
11 ölkə "COP29"a ikiillik şəffaflıq hesabatını təqdim edib
COP29: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır
Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb