Salyanda ağır yol-nəqliyyat qəzası baş verib, nəticədə 4 yaşlı uşaq ölüb.
YeniAvropa xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Kürsəngi kəndi ərazisində baş verib. Qaradağ rayonu Ələt qəsəbəsinin sakini Mail Əhlimanovun idarə etdiyi “OKA” markalı avtomobil kanala aşıb. Nəticədə sürücü M.Əhlimanov və onun həyat yoldaşı Asudə Əliyeva müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Onların övladı 4 yaşlı Ruslan Əhlimanov isə aldığı xəsarətdən hadisə yerində ölüb.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.