Salyan rayonunda baş verən yol qəzasında ata və oğul xəsarət alıb.
YeniAvropa xəbər verir ki, hadisə rayonun Şorsulu kəndinin ərazisində qeydə alınıb.
Bakının Qaradağ rayon sakini İlhami Quliyev idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən, naməlum səbəbdən idarəetməni itirib və maşın maneəyə çırpılıb. Nəticədə sürücü və onun oğlu Elşən Quliyev müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.