“Brent” markalı xam neftin bir barrelinin qiyməti 2014-cü ildən indiyədək ilk dəfə 71 dolları keçib.YeniAvropa xəbər verir ki, “Brent”in bir barrelinin qiyməti 0,72 faiz artaraq 2014-cü il dekabrından bu vaxtadək ilk dəfə 71 dolları ötüb. Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 71,04 dollardan alıcı axtarır.
“Brent”in bir barreli sonuncu dəfə 2014-cü il dekabrın 3-də 71 dollar/barreldən baha satılıb.