logo

Azərbaycan nefti  yenidən bahalaşır

10:54 24-01-2018 | icon 2380
Azərbaycan nefti  yenidən bahalaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 22-də 70,94 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,97 dollar/barel çoxdur. YeniAvropa xəbər verir  ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 22-də 70,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,93 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 22-də 67,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,94 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 22-də 69,53 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,97 dollar/barel çoxdur.