Martın 30-da səhər saatlarında “Araz Trans” MMC-yə məxsus Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşıyan iritutumlu avtobusun qəzaya uğraması nəticəsində ciddi xəsarət alan olmayıb.
Bu barədə YeniAvropa-ya Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.
O bildirib ki, qəza nəticəsində 3 nəfər yüngül xəsarət alıb.
“Araz Trans” MMC-nin rəhbəri Bəsti Məmmədova isə avtobusun sürücüsü ilə müqaviləyə bazar ertəsi xitam veriləcəyini söyləyib. O, sürücünün Gürcüstan vətəndaşı olduğunu deyib.