logo

“Şimal-Cənub” dəhlizi Hindistandan Azərbaycana ən qısa və ucuz marşrut olacaq

19:53 23-01-2018 | icon 2527
“Şimal-Cənub” dəhlizi Hindistandan Azərbaycana ən qısa və ucuz marşrut olacaq

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı həm Hindistan, həm də Azərbaycan üçün ümumi prioritetdir. YeniAvropa xəbər verir  ki, bunu Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.

Onun sözlərinə görə, “Şimal-Cənub” dəhlizi iki region arasında birbaşa əlaqənin olmaması problemini həll edəcək: “ Layihə Hindistan üçün Azərbaycana, Rusiyaya, Türkiyəyə və MDB ölkələrinə ən qısa və ucuz marşrut təqdim edəcək. Hindistan İranla birgə 2017-ci ilin noyabrında fəaliyyətə başlamış Çabahar limanının inkişafı məqsədilə birgə iş aparır. Azərbaycan öz növbəsində Bakı-Tbilisi-Qars dəmir yolunu işə saldı ki, bu da yük nəqli variantlarını artırır”.

Səfir qeyd edib ki, bu hadisələr yaxın illərdə regionda ticarətə multiplikativ təsir göstərəcək: “Layihənin İran ərazisindəki sahəsi işə düşən kimi regionlar arasında yük dövriyyəsinin artımı gözləntilərdən daha yüksək olacaq”.