Bakının Nizami rayonu, Qara Qarayev prospektinin "8-ci km" adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin 2 əməkdaşına təcili tibbi yardım göstərilib.
YeniAvropa xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.
O qeyd edib ki, nazirliyin daha 1 əməkdaşı isə əlindən xəsarət alıb və o, 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Nazirlik rəsmisi bildirib ki, bundan başqa halı pisləşən 2 sahibkara yerində tibbi yardım göstərilib.
P.Əbubəkirov qeyd edib ki, tibbi yardım briqadaları iki vətəndaşa da yardım göstərib: “Yanğın səhər saatlarında baş verən zaman ticarət mərkəzində adam az olub, ona görə də xəsarət alan olmayıb. Əraziyə 6 təcili tibbi yardım briqadası cəlb olunub”.