SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən 2017-ci ildə 1886 kilometr yeni qaz kəməri quraşdırılıb.YeniAvropa xəbər verir ki, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 221 kilometr qaz kəməri əsaslı təmir edilib. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Ağstafa, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Xaçmaz, Şamaxı, Oğuz, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Lerik, Biləsuvar, Cəlilabad, Masallı və Astara rayonları üzrə 56 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.
“Azəriqaz” yeni qazlaşdırma və qaz təminatının bərpası istiqamətində işlərin nəticəsi olaraq, ötən il ərzində Ağcabədi rayonu 78,1 kilometr, Bərdə rayonu 103,5 kilometr, Beyləqan rayonu 101,9 kilometr, Biləsuvar rayonu 259,47 kilometr, Göyçay rayonu 118,49 kilometr, Göygöl rayonu 144,22 kilometr, Kürdəmir rayonu 43,58 kilometr, Lerik rayonu 44,02 kilometr, Masallı rayonu 110,32 kilometr, Quba rayonu 42,02 kilometr, Saatlı rayonu 158,85 kilometr, Sabirabad rayonu 68,55 kilometr, Şəki rayonu 80,5 kilometr, Ucar rayonu 155,96 kilometr, Xaçmaz rayonu üzrə isə 213,03 kilometr uzunluğunda müxtəlif diametrli polietilen, metal borularla daşıyıcı və kənddaxili qaz xətləri çəkib.