logo

Türkmənistan gəmisi Bakıda təmir olunur

14:23 23-01-2018 | icon 2618
Türkmənistan gəmisi Bakıda təmir olunur

Türkmənistan Respublikasının Dəniz Ticarət Donanmasına məxsus “Berkarar” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda təmirə dayanıb. YeniAvropa xəbər verir  ki, bu haqda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) mətbuat xidmətin məlumat yayıb. Xəbərdə  bildirilib ki, zavodda gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi və üçqat boya ilə rənglənməsi həyata keçirilir. Eyni zamanda hər iki baş mühərrik, dizel generatorlar, 6 nasos təmir olunur.

“Berkarar” gəmisinin boru və elektrik sistemlərində də təmir işləri görülür.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun əsas fəaliyyət istiqaməti “AXDG” QSC-yə və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri, texniki vasitələr hazırlamaqdan ibarətdir.