Bu ilin martın 14-də "Kapital Bank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.YeniAvropa xəbər verir ki, yığıncaqda "Kapital Bank"ın Müşahidə Şurasının tərkibində dəyişikliklərin edilməsi, bankın 2017-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması, ötən ili maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi müzakirə ediləcək.
Bundan əlavə, yığıncağın gündəliyinə, 40 mln. dəyərində, 15% dərəcəsi ilə, qeyri-kumulyativ, müddətsiz imtiyazlı səhmlərin buraxılması və digər məsələlər də daxildir. (APA)