logo

Azərbaycan neftinin bir barreli 70,94 dollara satılır

11:57 23-01-2018 | icon 2506
Azərbaycan neftinin bir barreli 70,94 dollara satılır

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb. YeniAvropa xəbər verir  ki,  “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,97 dollar bahalaşaraq 70,94 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,35 dollar artaraq 69,38 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,37 dollar bahalaşaraq 63,94 dollar təşkil edib.