Martın 3-də Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) konfransı keçiriləcək. AQC-nin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumatda qeyd edilir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti idarə heyətinin növbəti iclası keçirilib. İclasda AQC idarə heyətinin sədr əvəzi Nüsrət İbrahimov ötən ilin yekunları və 2018-ci il qarşıda duran vəzifələrdən danışıb. İclasda AQC-nin martın 3-də növbəti konfransının keçirilməsi məqsədilə qərar qəbul edilib.