"Bakcell" şirkəti “AppLab” proqramı üçün layihələrin seçiminə başlayıb
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan "Bakcell" şirkəti “Applab” proqramında iştirak etmək üçün müraciətlərin qeydiyyatını başa çatdırıb. YeniAvropa xəbər verir ki, 2017-ci ilin 15 dekabr tarixindən 15 yanvar 2018-ci il tarixinə qədər davam etmiş növbəti qeydiyyat mərhələsində “müxtəlif İT” və “mobil əlavələr” kateqoriyalarına aid 32 layihə proqramda iştirak üçün müraciət edib. İlkin seçim mərhələsindən keçən konsepsiyaların müəllifləri "Bakcell" şirkətinin rəhbərliyi, potensial investorlar, “AppLab” proqramının məzunları və İT sahəsi üzrə ekspertlərdən ibarət “AppLab” Komissiyasının qarşısında öz ideyalarını təqdim etmək üçün dəvət olunacaqlar. Həmin komitənin qərarına əsasən, ən uğurlu layihələrin müəllifləri “AppLab” İnkubasiya Mərkəzinin geniş imkanlarından istifadə etmək imkanı qazanacaqlar.
Qeyd edək ki, 2018-ci ilin fevral ayından başlayaraq seçilmiş komandalar “AppLab” İnkubasiya Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlana biləcəklər. “Bakcell”in və “AppLab” proqramının digər partnyorlarının nümayəndələrindən ibarət olan xüsusi ekspertlər qrupu gənc developerləri öz ideyalarını yerli və beynəlxalq bazarlarında rəqabət apara biləcək yeni məhsul və ya xidmətlərinə çevirmək üçün tələb olunan araşdırma və məsləhətlərlə təmin edəcəkdir.
“AppLab” proqramınınfəaliyyətə başladığı 2014-cü ildən bərimüxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün“Bakcell”dən dəstək alırlar. Şirkət isə öz növbəsində daha çox maraqlı startapların, proqram tərtibatçılarının və qrupların üzə çıxarılmasına, onların istedadlarını nümayiş etdirməsinə, ideyalarını reallaşdırmasına və bunun üçün maliyyə və investisiya mənbələri tapmalarına kömək etməyə çalışır. “AppLab” mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.
"Bakcell" şirkətinin fəaliyyətinin əsas məqsədlərindən biri də yerli gənc istedadların öz startap layihələrini həyata keçirə bilməsinə kömək etmək və beləliklə də Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməkdir.
Cari ildə Azərbaycan Avropaya 10,6 milyard m3 qaz satıb
Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi müzakirə edilir
İlham Əliyev Rusiyanın maliyyə naziri ilə görüşüb
Azərbaycanda cari ilidə 41,5 milyard m3 qaz hasil edilib
BMT-nin baş katibi "G20" ölkələrini "COP29"u dəstəkləməyə çağırıb
11 ölkə "COP29"a ikiillik şəffaflıq hesabatını təqdim edib
COP29: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı təqdimata hazırdır
Almaniyanın vitse-kansleri Azərbaycana səfərə gəlib
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb