Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb. YeniAvropa xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar bahalaşaraq 68,77 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,15 dollar artaraq 63,52 dollar olub.