2017-ci ildə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 941,5 min hektar əkin sahəsindən 2693,2 min ton və ya 2016-cı illə müqayisədə 5,2 faiz az məhsul götürülüb.
Dövlət Statistika Komitəsindən YeniAvropa-ya veril'n məlumatda qeyd olunur ki, hər hektardan əldə edilən məhsul orta hesabla 28,6 sentner olub.
Bundan əlavə, 35,7 min hektar dən üçün qarğıdalının əkin sahəsindən 235,6 min ton və ya əvvəlki illə müqayisədə 5,2 faiz çox məhsul toplanıb, hər hektardan orta hesabla 60,9 sentner qarğıdalı dəni götürülüb.
Dənli və dənli paxlalı bitkilərin tərkibinə daxil olan çəltiyin əkin sahəsi 2,0 dəfə (2,6 min hektar) artaraq 5,1 min hektara, istehsalı isə 2,9 dəfə (10,6 min ton) artaraq 16,2 min tona çatıb.