logo

Çin Azərbaycan ərazisindən Avropaya yük daşımalarını artırdı

19:03 20-01-2018 | icon 2254
Çin Azərbaycan ərazisindən Avropaya yük daşımalarını artırdı

Çinin Sintszyan-Uyğur muxtar rayonunun Urumçi şəhəri Azərbaycan ərazisindən keçməklə Avropaya yük daşımağa başlayıb.YeniAvropa xəbər verir  ki, mühəndis avadanlıqları və digər mallarla yüklənmiş qatar ötən gün Urumçidən yola düşüb.

Qeyd olunur ki, "Şərq-Qərb" dəhlizi ilə Avropaya yükü çatdırmalı olan qatar Qazaxıstanın limanında dayanacaq, daha sonra yük dəniz yolu ilə Bakıya, buradan da Avropaya çatdırılacaq.

Marşrutun ümumi uzunluğu 4 186 kilometr təşkil edir. Çindən Avropaya yüklər 8 günə çatdırılacaq.

Qeyd edək ki, 2018-ci ildə Urumçidən Avropaya 1400 yük qatarının yola salınacağı planlaşdırılır. "Şərq-Qərb" Nəqliyyat Dəhlizi (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Çindən Avropaya və əks istiqamətdə yüklərin tədarükü üçün nəzərdə tutulub.(Trend)(